Mançini Sakkini keçdi
17.11.2022 - 11:25
Mançini Sakkini keçdi

Roberto Mançini İtaliya yığmasının baş məşqçisi postunda 35-ci qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, onun yetirmələri yoldaşlıq oyununda Albaniyaya 3:1 hesabı ilə qalib gəlib.

Bununla da Mançini yığma tarixində ən çox qələbə qazanan məşqçilər siyahısında üçüncü yerə sahib çıxıb. 34 qələbəsi olan Sakkini keçən 57 yaşlı mütəxəssis yalnız iki həmkarından geri qalır.

“Skuadra Adzurra”nın rekordçusu Vittorio Potsodur. O, millidə 65 qələbəyə sevinib. Entso Bearzotun 51 uğuru var.

Qeyd edək ki, İtaliya noyabrın 20-də start götürəcək DÇ-2022-yə vəsiqə qazana bilməyib.
 

0