Millətlər Liqasında 11 bombardir
02.10.2022 - 17:18
Millətlər Liqasında 11 bombardir

Millətlər Liqasının qrup mərhələsinin ən yaxşı bombardirləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Erlinq Haland hamını qabaqlayıb.

O, 6 qolla yarışın ən yaxşı bombardiridir. Düzdür, Aleksandar Mitroviç də eyni sayda qol vurub. Lakin norveçli assist sayına görə serbiyalı forvardı arxada qoyub. 

İlk “üçlüy”ü Xviça Kvaratsxeliya qapayır. Onun 5 qolu var.

1. Erlinq Haland (Norveç) – 6 qol (1 assist, 501 dəqiqə)
2. Aleksandar Mitroviç (Serbiya) – 6 qol (0 assist, 422 dəqiqə)
3. Xviça Kvaratsxeliya (Gürcüstan) – 5 qol (3 assist, 465 dəqiqə)
4. Vedat Muriqi (Kosovo) – 5 qol (3 assist, 540 dəqiqə)
5. Vladislavs Qutkovskis (Latviya) – 5 qol (1 assist, 482 dəqiqə)
6. Sərdar Dursun (Türkiyə) – 5 qol (1 assist, 357 dəqiqə)
7. Stefan Muqoşa (Monteneqro) – 4 (1 assist, 377 dəqiqə)
8. Anri Anye (Estoniya) – 4 (163 dəqiqə)
9. İon Nikolaesku (Rumıniya) – 4 qol (480 dəqiqə)
10. Jerson Rodriges (Lüksemburq) – 4 qol (489 dəqiqə)
11. Yanis İkaunieks (Latviya) – 4 qol (508 dəqiqə)

0