Milli tarixində üçüncü
27.09.2022 - 12:07
Milli tarixində üçüncü

Roberto Mançini İtaliya yığmasındakı qələbə sayında üçüncü pilləyə yüksəlib.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının Macarıstanla oyunu mütəxəssisin bu postdakı 34-cü zəfəri ilə başa çatıb.

Mançini bu göstəricidə Arriqo Sakkiyə çatıb. Lakin onun üçün 34 qələbəyə çatmaq daha taz olub. Sakki 55, Mançini 53 matçda 34 dəfə sevinib.

Mütləq rekord Vittorio Potsoya məxsusdur – 95 oyunda 63 qələbə. Enso Bearzot 88 qarşılaşmada 40 qələbə görüb.

Qeyd edək ki. İtaliya Macarıstanı 2:0 hesabı ilə üstələyib.
 

0