Mundialların şərikli REKORDU
21.10.2022 - 10:01
Mundialların şərikli REKORDU

Qətərdə keçiriləcək DÇ-2022-nin startına bir aydan az vaxt qalıb.

Apasport.az saytının məlumatına görə, İFFHS final mərhələlərinin rekordları ilə bağlı növbəti siyahısını hazırlayıb.

Qurum bu dəfəki araşdırmalarını dünya çempionatları tarixinin quru oyunlarına həsr edib.

Dünya çempionatlarının final mərhələlərində ən çox quru oyun keçirmək rekordu 1990-cı ildə rəsmiləşib. İngiltərə yığmasının qapıçısı Piter Şilton aktivini 10-a çatdırıb. O, DÇ-1982-də dörd, DÇ-1986 və DÇ-1990-nın hərəsində üç belə matç keçirib. Onun rekordu 16 il sonra təkrarlanıb. Fabien Bartez DÇ-2006-da quru oyun sayını 10-a çatdırıb.

İlk “üçlüy”ü Yan Yonqblad qapayır. Niderland millisinin üzvü digər üç qapıçı kimi 8 quru oyun keçirsə də, daha az matçda meydana çıxıb. 

DÇ-2022-də oynamaq şansı olanlardan Manuel Noyer hamıdan öndədir. O, rekordu təkrarlamaq üçün üç dəfə qapısını toxunulmaz saxlamalıdır.
 

0