PSJ qol rekordunu təkrarladı
26.10.2022 - 11:11

PSJ bir avrokubok matçındakı qol rekordunu təkrarlayıb.
Apasport.az saytının məlumatına görə, bu, Çempionlar Liqasının qrup mərhələsində Hayfa “Makkabi”si ilə görüşdə baş verib.
Kristof Qaltyenin yetirmələri İsrail təmsilçisini 7:2 hesabı ilə məğlub edib. Buna qədər parislilər 2000-ci ildə Çempionlar Liqasında “Rusenborq”a (7:2), 2001-ci ildə İntertoto kubokunda “Gent”ə (7:1), 2017-ci ildə yenə Çempionlar Liqasında “Seltik”ə (7:1) 7 qol vura bilib.
Qeyd edək ki, H qrupunda 11 xalla turnir cədvəlinə başçılıq edən PSJ 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
- Derbi alovu “İnter”i yandırdı: "Milan"la yenə bacarmadı - - Statistika
- "Fənərbaxça" - "Qalatasaray" rəqabətində 403-cü qarşılaşma - Statistika
- "Sumqayıt" 2025-ci ildə ilk qolunu vurdu
- “Aston Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir
- “Bir axşam Masazırda”: Millimiz üçün yeni stadion - STATİSTİKA
1
0