“Qarabağ” rekordunu, “Zirə” antirekordunu təkrarladı – Musadan ilk poker
19.09.2022 - 09:00
“Qarabağ” rekordunu, “Zirə” antirekordunu təkrarladı – Musadan ilk poker

Misli Premyer Liqasında mövsümün ən məhsuldar və ən fərqli hesabı qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, VII turun “Zirə” ilə görüşündə “Qarabağ” yeddi qolla qələbə qazanıb.

Birinci hissədə qəsəbə təmsilçisi hesabı açsa da, Qurban Qurbanovun yetirmələri fasiləyədək hesabda tarazlıq yaradıb. İkinci hissədə isə ağdamlılar daha 6 qol vurub – 7:1.

Bu, “Qarabağ”ın ən böyükhesablı səfər qələbəsidir. Ağdamlılar 5-ci dəfə rəqib meydanında 6 top fərqilə qalib gəlib.

09.12.2018. “Zirə” – “Qarabağ” – 0:6 
01.04.2019. “Sumqayıt” – “Qarabağ” – 0:6
15.02.2020. “Zirə” – “Qarabağ” – 0:6
08.11.2020. “Neftçi” – “Qarabağ”  - 0:6
18.09.2022. “Zirə” – “Qarabağ” – 1:7

“Zirə” tarixində ilk dəfə bir oyunda 7 top buraxıb. Bunadək qəsəbə təmsilçisi 6-dan artıq qola üzülməyib.

İki dəfə “Qarabağ”a 0:6 hesabı ilə uduzan bakılılar həm də tarixinin ən ağır məğlubiyyətini təkrarlayıb. Zirənin eyniadlı təmsilçisi üçüncü dəfə 6 top fərqi ilə yenilib.

Ağdam klubunun qələbəsində Musa Qurbanlı 4 qolla pay sahibi olub. O, həm mövsümün, həm də karyerasının Premyer Liqadakı ilk pokerinə imza atıb.
 

1
DİGƏR XƏBƏRLƏR
Loading...