Ter-Şteqen “Top-3”də
17.09.2022 - 23:24

Mark-Andre Ter Şteqen “Barselona” tarixində ən çox oyun keçirən legionerlər sırasına düşüb.
Apasport.az saytının məlumatına görə, almaniyalı qapıçı “Elçe” ilə bugünkü matça start heyətində çıxıb.
Bu, Ter Şteqenin 335-ci oyunu olub. O, argentinalı Xavyer Maskeranonu (334) arxada qoyub. 30 yaşlı almaniyalı yalnız Lionel Messi (778) və Dani Alvesdən (408) geri qalır.
Qeyd edək ki, Mark-Andre 2014-cü ildə “Barselona”ya keçib.
- “Aston Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir
- “Bir axşam Masazırda”: Millimiz üçün yeni stadion - STATİSTİKA
- "Neftçi"nin 1369 günlük həsrəti bu gün sona çatacaq? - STATİSTİKA
- Qəbələ Azərbaycan futbolu tarixində: 7-ci şəhər, 12-ci stadion... - STATİSTİKA
- Tarixdə 60-cı, “Qarabağ” üçün 21-ci - Statistika
1
0