Xorvatiya millisi pley-off oynadığı son 2 mundialda qalib gəldiyi görüşlərin 4-də penaltilər seriyasında qalib gəlib.
Apasport.az xəbər verir ki, 2018-ci ildə Rusiyada keçirilmiş və indi Qətərdə baş tutan dünya çempionatında ilk 2 pley-off matçını penaltilər seriyası hesabına keçib.
Son mundialda 1/8 finalda Danimarka (1:1, penaltilər – 3:2) və 1/4 finalda Rusiyanı (2:2, penaltilər – 4:3) belə keçən damalılar bu dəfə Yaponiya (1:1, penaltilər – 3:1) və Braziliyaya (1:1, penaltilər – 4:2) eyni aqibəti yaşadıb.
Bundan başqa, Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç bir dünya çempionatında 4 penalti dəf etdiyi üçün həmyerlisi Daniyel Subaşiçin (DÇ-2018) və argentinalı Serxio Qoykoçeanın (DÇ-1990) rekordunu təkrarlayıb.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi