“Yekədiş”dən sonra İLK
05.12.2022 - 10:06
İngiltərə millisinin futbolçusu Fil Foden DÇ-2022-nin 1/8 final mərhələsinin Seneqalla oyununda iki assistə imza atıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi son 24 ildə mundialın pley-offunda bunu bacaran ən gənc oyunçudur.
Foden 22 yaş 190 günlüyündə iki qola məhsuldar ötürmə verib. Gənc yaşında buna nail olan sonuncu futbolçu Ronaldo olub.
“Yekədiş” ləqəbli braziliyalı DÇ-1998-də fərqlənib. 21 yaş 284 günlük hücumçu Danimarka ilə matçda iki assistə imza atıb.
Qeyd edək ki, Seneqalla qarşılaşan İngiltərə 3:0 hesablı qələbə qazanıb.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi
0
0