Azərbaycanın stolüstü tennis millisi İslamiadada yarımfinala yüksəldi - FOTO
09.11.2025 - 18:43
Azərbaycanın qadınlardan ibarət stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Apasport.az saytının yarışa ezam olunan əməkdaşının verdiyi məlumata görə, yığmamız 1/4 final mərhələsində Maldiv adaları komandası ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin 8:3 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə komandamız ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, yığmamız sabah yarımfinalda Misir yığması ilə üz-üzə gələcək.
- III MDB Oyunları: Azərbaycanın daha iki stolüstü tennisçisi gümüş medal qazanıb
- III MDB Oyunları: Stolüstü tennisçimiz gümüş medal qazanıb
- Stolüstü tennisçilər III MDB Oyunlarında növbəti mükafatları qazanıblar
- III MDB Oyunları: Stolüstü tennisçilər daha bir mükafat qazanıblar
- III MDB Oyunları: Üç stolüstü tennisçimiz finalda - FOTO
0
0