III MDB Oyunları: Azərbaycanın daha iki stolüstü tennisçisi gümüş medal qazanıb
29.09.2025 - 12:56

Qəbələ Olimpiya İdman kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışları davam edir.
Apasport.az xəbər verir ki, bu gün fərdi yarışların finalında Azərbaycanlı idmançılar Adil Əhmədzadə rusiyalı rəqibi Yevgeni Vasikova, Mərziyə Nurmətova isə Rusiyanın digər təmsilçisi Zlata Terexovaya 0:3 hesabı ilə məğlub olublar və gümüş medallarla kifayətləniblər.
Qeyd edək ki, daha öncə digər Azərbaycan təmsilçisi Onur Quluzadə də gümüş medal qazanıb
- Azərbaycan stolüstü tennisçiləri III MDB Oyunlarında gümüş medal qazanıb
- İdmançılarımız MDB Oyunlarının finalında
- Stolüstü tennisçilərimiz MDB Oyunlarının finalında
- III MDB Oyunları: Stolüstü tennis üzrə yarışlara start veriləcək
- Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 5 medal qazanıblar - FOTO
0
0