Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə İsveçin Helsinborq şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində üçüncü olub.
Apasport.az xəbər verir ki, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə yarışa qatılan idmançı İsveç və Fransa təmsilçiləri üzərində qələbələrlə qrup mərhələsini lider kimi başa vurub.
Ardınca İsrail və Lüksemburq idmançılarına qalib gələn Onur yarımfinalda fransalı rəqibinə uduzaraq yarışı üçüncü yerdə başa vurub.
Qeyd edək ki, istedadlı idmançı bu gün Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 13-dək İsveçin Halmstad şəhərində keçirəcəyi təlim-məşq toplanışına qatılıb.
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək
- Stolüstü tennis üzrə Liqa turniri başa çatıb
- Veteran tennisçilərin Azərbaycan çempionatı başa çatıb
- Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir