Mayın 1-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan birinciliyinə start veriləcək.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə ASTF-nin birgə təşkil edəcəyi yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar bacarıqlarını göstərəcəklər.
“Şüa" İdman Kompleksində keçiriləcək yarışda iki yaş qrupunda – 2005-2008, 2009 və daha kiçik təvəllüdlü stolüstü tennisçilər arasında çempionlar müəyyənləşəcək.
İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində qüvvələrini sınayacaqlar. Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.
- Veteran tennisçilərin Azərbaycan çempionatı başa çatıb
- Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir
- Təmsilçimiz İsveçdə keçiriləcək beynəlxalq yarışda iştirak edəcək
- Stolüstü tennisçilər Avrasiya Liqasında liderliyə yüksəliblər
- Stolüstü tennisçilər Özbəkistandan 7 mükafatla qayıdırlar - FOTO