Stolüstü tennisçilər Ər-Riyada yollanıblar
06.11.2025 - 22:12
İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək stolüstü tennisçilər bu gün yarışın təşkil olunduğu Səudiyyə Ərəbistanına yola düşüblər.
Apasport.az xəbər verir ki, Ər-Riyad sınaqlarında seçmə komandanın 6 idmançısı mübarizə aparacaq.
Sayca 6-cı olan oyunlarda Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcək.
Qeyd edək ki, stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.
- Azərbaycanın stolüstü tennis millisi İslamiadada yarımfinala yüksəldi - FOTO
- İslam Oyunları: Yığmamız Pakistanı darmadağın edib
- İslam Oyunları: Millimiz Uqandanı darmadağın edib - FOTO
- III MDB Oyunları: stolüstü tennis yarışlarının qalibi müəyyənləşib
- III MDB Oyunları: Azərbaycanın daha iki stolüstü tennisçisi gümüş medal qazanıb
0
0