Azərbaycanın stolüstü tennisçiləri martın 9-dan 15-dək Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərlərində keçiriləcək "WTT Youth Contender" turnirlərində iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, yarışlarda gənclərdən ibarət seçmə komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramin Cəfərovun rəhbərliyi ilə 6 idmançı qüvvəsini sınayacaq.
Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədli oğlanların, Yağmur Məmmədli, Mehin Mirzəbalayeva və Yasəmən Həbibova qızların yarışında mübarizə aparacaqlar.
Qeyd edək ki, turnirlər U-17, U-15, U-13 və U-11 yaş dərəcələri üzrə keçiriləcək.
- Stolüstü tennisçimiz "Ginnesin Rekordlar Kitabı"na düşüb
- Stolüstü tennisçilər Tacikistana yollanıblar
- Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
- Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda
- Stolüstü tennisçilər beynəlxalq yarışı üç medalla başa vurublar