Stolüstü tennisçilərimiz Çində təlim-məşq toplanışında iştirak edəcəklər
18.05.2025 - 15:35

Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, yığma üzvləri bu gün Çin Xalq Respublikasına yola düşüblər.
Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Nihad Məmmədov, Hilal Həsənov və Vəzir Allahverdiyev baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə mayın 19-dan 30-dək Hebeydə yerləşən stolüstü tennis mərkəzində hazırlıq keçəcək.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
0
0