Stolüstü tennissçilərimiz Skopyeyə yollanıblar
18.07.2025 - 14:02
Stolüstü tennisçilər Şəbnəm Mansurova ilə Uğur Nəzərli Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, seçmə komandanın üzvləri bu gün yarışın təşkil olunacağı Şimali Makedoniyanın Skopye şəhərinə yola düşüblər.
Onlar məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə bacarıqlarını göstərəcəklər.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalının stolüstü tennis yarışları 22-26 iyul tarixlərində Skopyedə keçiriləcək. Azərbaycan bu yarışda ümumilikdə 10 növ üzrə 52 idmançı ilə təmsil olunacaq.
- Stolüstü tennisçilər Özbəkistandan 7 mükafatla qayıdırlar - FOTO
- Stolüstü tennisçimiz "Ginnesin Rekordlar Kitabı"na düşüb
- Stolüstü tennisçilər Tacikistana yollanıblar
- Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
- Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda
0
0