Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir
06.06.2026 - 16:05
Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

Bu gün veteranlar arasında Azərbaycan çempionatına start verilib.

Apasport.az xəbər verir ki, "Şüa İdman Kompleksi"ndə keçirilən yarışda 60-a yaxın iştirakçı mubarizə aparır.

Kişilər 40-49, 50-59, 60-69, 70 və daha yuxarı, qadınlar isə 40 yaşdan yuxarı yaş qrupunda bacarıqlarını göstərirlər.

Yarışa iyunun 7-də yekun vurulacaq.