Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Hikmət Səmədov dekabrın 24-də start götürəcək yeniyetmə və gənclər arasında ölkə birincilikləri və böyüklər arasında Azərbaycan çempionatı öncəsi paytaxt və bölgələri təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarının məşqçi-müəllimləri ilə görüşüb.
Apasport.az xəbər verir ki, tədbirdə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev və federasiyanın baş katibi Rüstəm Bağırlı da iştirak ediblər.
Görüşdə 2024-cü il ərzində taekvondo sahəsində əldə olunan uğurlardan danışılıb, ölkə çempionatı və birinciliklərinə hazırlıq prosesi müzakirə edilib.
Hikmət Səmədov taekvondonun Azərbaycanda daha da inkişafı üçün məşqçilərin bilik və bacarıqlarının daim təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Məşqçi-müəllimlər öz növbəsində, müxtəlif bölgələrdəki idmançıların hazırlığı ilə bağlı təkliflərini bildiriblər.




- Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib - FOTO
- Azərbaycanın 9 taekvondoçusu dünya çempionatında çıxış edəcək
- Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib
- Dünya çempionatında Azərbaycanı 9 taekvondoçu təmsil edəcək
- Taekvondoçularımız dünya çempionatına hazırlıqlarını başa vurublar - FOTO