Parataekvondoçumuz yarımfinal görüşünə çıxacaq
30.08.2024 - 18:31
Parataekvondoçumuz yarımfinal görüşünə çıxacaq

Parisdə keçirilən Paralimpiya Oyunları davam edir. 

Apasport.az xəbər verir ki, parataekvondoçumuz İmaməddin Xəlilovun (70 kq) yarımfinaldakı rəqibi Javokhir Alikulov (Özbəkistan) olacaq.

Döyüş Bakı vaxtı ilə saat 20:48-də başlayacaq.

Qeyd edək ki, K44 kateqoriyasında çıxış edən idmançımız 1/4 finalda Michel Suarezi (Kuba) 12:2 hesabı ilə məğlub edərək Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinala vəsiqə qazanıb.

0