Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun Paris-2024 Yay Olimpiya Oyunlarındakı ilk rəqibi məlum olub.
Apasport.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparacaq idmançımız 1/8 finalda İrlandiya təmsilçisi Cek Uolleylə üz-üzə gələcək.
Görüş sabah Bakı vaxtı ilə saat 13:48-də başlayacaq.
Maqomedov Avropa çempionudur. O, həmçinin qitə çempionatında 1 bürünc, Avropa Oyunlarında 1 bürünc, İslam Həmrəyliyi Oyunlarında isə 1 gümüş və 1 bürünc medal qazanıb.
Onun rəqibi Cek Uolley Avropa çempionatının və Avropa Oyunlarının gümüş mükafatçısıdır.
Qeyd edək ki, 58 kq çəkidə mübarizəyə sabah yekun vurulacaq.
- Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib - FOTO
- Azərbaycanın 9 taekvondoçusu dünya çempionatında çıxış edəcək
- Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib
- Dünya çempionatında Azərbaycanı 9 taekvondoçu təmsil edəcək
- Taekvondoçularımız dünya çempionatına hazırlıqlarını başa vurublar - FOTO