Azərbaycan taekvondoçuları Qazaxıstan və Özbəkistanda keçirilən açıq beynəlxalq turnirlərdə 6 medal qazanıblar.
Apasport.az xəbər verir ki, iyunun 1-də Qazaxıstanın Almatı şəhərində keçirilən yarışda Nərimanov rayon idman klubunun yetirmələri Rüqəyyə Əliyeva (28 kq) və Aylin Salahlı (41 kq) qızıl, Çilingir Gökalp (36 kq) isə gümüş medal qazanıblar.
Daha sonra Özbəkistanın paytaxtı Daşkəndə yollanan idmançılar iyunun 7-də “Grand Master” taekvondo klubunun təşkilatçılığı ilə keçirilən turnirdə qüvvələrini sınayıblar. Ç.Gökalp (36 kq) bu dəfə bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. A.Salahlı (41 kq) isə çempionluğunu bir daha sübut edib. R.Əliyeva (28 kq) fəxri kürsünün ikinci pilləsində qərarlaşıb
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar