Taekvondoçumuz Türkiyə Açıq beynəlxalq turnirində bürünc medal qazanıb
12.02.2025 - 01:09
Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) milli komandamız medal qazanıb.
Apasport.az xəbər verir ki, Minayə Əkbərova (46 kq) böyüklər arasında bürünc medala layiq görülüb.
Medala gedən yolda idmançımız 4 rəqibi üzərində qələbə qazanıb. O, yarımfinalda türkiyəli idmançıya məğlub olaraq, bürünclə kifayətlənib.
Qeyd edək ki, dünən keçirilən yarışda Ülvi Məmmədov (37 kq) gümüş medala sahib çıxıb.
- Taekvondoçumuz tarixi uğura imza atıb
- Taekvondoçularımız “Türkiye Open”də iştirak edəcək
- Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO
- İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib
- Taekvondoçularımız "Moldova Open"də 7 medal qazanıblar
0
2