Üç taekvondoçumuz Türkiyədə medal qazanıb
13.02.2025 - 12:18

Azərbaycanın daha üç taekvondoçusu Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) medal qazanıb.
Apasport.az xəbər verir ki, Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq) və Həmidreza Bədrialiabadi (+87 kq) böyüklər arasında bürünc medala layiq görülüblər.
Xanoğlan Kərimov dörd, Həmidreza Bədrialiabadi və Cavad Ağayev isə üç rəqibi üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, daha əvvəl böyüklər arasında Minayə Əkbərova (46 kq) da bürünc mükafata sahib çıxıb.
- Qaşim Maqomedov Yunanıstanda mükafatlandırılıb
- Taekvondoçularımız Prezident Kubokunda 3 medal qazanıblar
- Taekvondoçularımız Sofiyada Prezident Kuboku turnirində iştirak edəcəklər
- Millimiz Bolqarıstan turnirində
- Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb - VİDEO
0
0