10 oyunun nəticəsini TAPDI
05.01.2023 - 13:47
10 oyunun nəticəsini TAPDI

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, keniyalı proqnozsevərin 10 oyundan ibarət kuponu sevinc gətirib.

Better stolüstü tennis matçlarına mərc edib. O, 50 şillinqlə (69 qəpik) riskə gedib.

Kuponun əmsalı 469,59-a bərabər olub. Yekunda müştəri 29 min 349 şillinq (403,83 manat) qazanıb.
 

0