Cokoviç yarımfinalda
21.01.2025 - 18:48
Cokoviç yarımfinalda

Tennis üzrə “Australian Open 2025" turnirinin 1/4  final görüşləri keçirilir.

Apasport.az xəbər verir ki, Novak Cokoviç ispaniyalı Karlos Alkarasla üz-üzə gəlib.
Görüş gərgin şəraitdə keçib. Cokoviç matçda 3:1 hesablı qələbəyə sevinib.

Bu nəticə ilə serbiyalı tennisçi adını yarımfinala yazdırıb.

“Australian Open” 2025 
1/4 final

Novak Cokoviç – Karlos Alkaras – (4:6, 6:4, 6:3, 6:4)

Qeyd edək ki, məşhur raketka ustası yarımfinal mərhələsində Aleksandr Zverev ilə qarşılaşacaq.

0