Rumıniyalı tennisçi Simona Halep 2026-cı ilədək diskvalifikasiya olunub.
Apasport.az-ın məlumatına görə, o, antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.
2022-ci ilin payızında avqustunda US Opendə Simonanın qanında qadağan olunmuş preparat tapılmışdı. Bundan sonra Beynəlxalq Tennis Federasiyası tərəfindən yarışlardan uzaqlaşdırılan idmançı haqqında bu dəfə daha ağır qərar verilib. O, 2026-cı il oktyabrın 6-dək bütün yarışlardan uzaqlaşdırılıb. Halep qərardan Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət edəcək.
Qeyd edək ki, dünyanın bir nömrəli qadın tennisçisi olan Simona iki dəfə “Böyük Dəbilqə” yarışının qalibi olub.
Halepə 4 illik cəza
12.09.2023 - 23:18
0
0