Musyalekə ömürlük cəza
17.08.2023 - 20:35
Musyalekə ömürlük cəza

Fransalı tennisçi Aleksis Musyalek ömürlük idmandan uzaqlaşdırılıb.

Apasport.az-ın məlumatına görə, Ədalətli Tennis Beynəlxalq Agentliyi bu barədə açıqlama verib. Musyalek danışılmış oyunlarda günahlandırılır. Onun haqqında 39 fakt aşkar olunub. Fransalı tennisçinin 2016-2018-ci illərdə 9 görüşün nəticəsini əvvəlcədən razılaşdırması sübuta yetirilib. Aleksis agentliklə əməkdaşlıqdan imtina edərək, faktları gizləməyə çalışıb. Qərara görə, o, tennis yarışlarında iştirak, məşqçilik və azarkeş kimi iştirak edə bilməz.

Qeyd edək ki, Musyalek 500 min dollar cərimələnib və qərar bu ilin avqustundan qüvvəyə minib.

0