“Bütün komandalar bu yarışda oynamağı haqq ediblər. Belə yarışlarda zəif rəqib olmur”.
Bunu apasport.az saytına açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin meneceri Oksana Kurt deyib.
O, AVRO-2021-nin final mərhələsinin püşkatmasına münasibət bildirib: “Bəli, bizim qrup ən çətinlərdən biridir. Amma bu o demək deyil ki, əllərimizi öncədən yanımıza salmalıyıq. Bizim komandamız məşqlərə yeni başlasa da, səylə hazırlıq keçir. Ola bilər ki, digər komandalarla müqayisədə indi bizə bir az çətindir. Bizdə bu il çempionat da olmayıb. Lakin bu o demək deyil ki, özümüzə bəraət axtaracağıq. Oyunların başlamasına qədər yaxşı hazırlaşmaq üçün hələ kifayət qədər vaxt var. Biz də hər şey etməyə çalışacağıq ki, yaxşı nəticə göstərək”.
Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda oynayacaq A qrupunda yer alan millimiz meydan sahibləri, Rusiya, Belçika, Fransa, Bosniya və Herseqovina ilə mübarizə aparacaq.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq