Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin növbəti oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, “Murov” Voleybol Klubunun idman zalında baş tutan çempionatın XIII turuna “Neftçi” “Sərhədçi” matçı ilə start verilib.
Pərviz Səmədovun komandası hər üç hissədə qalib gəlib - 3:0 (25:7, 25:18, 25:15).
Günün ikinci qarşılaşması “Ekspress” və MOİK komandaları arasında olub. Bu görüşdə də qalib üç hissədə müəyyən olunub. MOİK voleybolçuları 3 xalı rəqibini 3:0 (25:14, 25:8, 25:21) hesabı ilə məğlub etməklə əldə ediblər.
Beləliklə, XIII turdan sonra “Neftçi” 28 xalla turnir cədvəlinə liderlik edir. Bu turda istirahət edən “Murov”un 26, MOİK-in 18, “Ekspress”in 6 xalı var. “Sərhədçi"nın isə xalı yoxdur.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq