Azərbaycan voleybol yığması Fransanı məğlub edib
24.05.2008 - 11:36
Bakı. Aqşin Əliyev - APA-Sport. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən qadın voleybolçular arasında beynəlxalq turnirdə növbəti oyunlar baş tutub. “APA-Sport” agentliyinin məlumatına görə, B qrupunda yer alan Azərbaycan milli komandası ikinci görüşündə ilk qələbəsini qazanıb. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Fransanı məğlub edib. Voleybolçularımız rəqiblərini hər üç setdə üstələyərək (25:20; 25:19; 25:19), turnir cədvəlindəki mövqelərini xeyli yaxşılaşdırıblar. Bu gün Kuba ilə qarşılaşacaq yığmamız qrup mərhələsinin son turunda Rusiyanı sınağa çəkəcək. Müxtəlif qitələrdən 10 komandanın yarışdığı turnirin qalibi isə mayın 27-də müəyyənləşəcək.
Qeyd edək ki, milli komandamız ilk oyunda Almaniyaya 1:3 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, milli komandamız ilk oyunda Almaniyaya 1:3 hesabı ilə uduzmuşdu.
0
0