Raymond Vilde: “Azərbaycan yığmasına qalib gəlməyə borcluyuq”
30.05.2008 - 16:06
Bakı. Kənan Həsənov - APA-Sport. Latviyanın kişilərdən ibarət voleybol üzrə milli komandasının baş məşqçisi Raymond Vilde Azərbaycan yığmasına asanlıqla qalib gələcəklərini düşünür. “APA-Sport” agentliyinin məlumatına görə, təcrübəli mütəxəssis bu haqda ölkəsinin mətbuatına açıqlamasında bildirib: “Azərbaycan yığmasını birinci dövrədə çətinlik çəkmədən məğlub etmişik. Bu komandaya ikinci oyunda da qalib gəlməyə borcluyuq. Çünki, yetirmələrimin əhval-ruhiyyəsi çox yüksəkdir”.
Qeyd edək ki, Latviya Avropa çempionatının Hollandiyanın Rotterdam şəhərində təşkil olunan qrup mərhələsində milli komandamıza 3:0 hesabı ilə qalib gəlib. Komandalar arasında növbəti oyun turnirin Sloveniyanın Maribor şəhərində bu gün start götürəcək ikinci dövrəsində baş tutacaq.

0
0