Anderson Bakıya gələcək
20.12.2008 - 11:49
Anderson Bakıya gələcək
Avropa Voleybol Konfederasiyası qitə miqyaslı turnirlərin 1/8 final mərhələsi çərçivəsində keçiriləcək oyunları idarə edəcək hakimlərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Çelenc kuboku”nda mübarizə aparan qadınlardan ibarət “Rabitə”nin Almaniyanın “Drezdner” klubu ilə oyunlarına dörd ölkə referiləri təyinat alıblar.

Avrokuboklardakı yeganə təmsilçimizin yanvarın 13, 14 və ya 15-də səfərdə keçirəcəyi görüşündə ədaləti Vassilis Raptis (Yunanıstan)/Andrea Haas (Avstriya) hakimlər cütlüyü qoruyacaq. Bundan bir həftə sonra Bakıda təşkil olunacaq cavab matçına isə Viktor Kozlovski (Ukrayna) ilə Pavel Anderson (Rusiya) təyinat alıblar.
0