Korotenko “Fənərbaxça”nın oyununa tribunadan baxdı
22.12.2008 - 11:17
Türkiyənin qadınlar arasında voleybol superliqasında XI turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyunu milli komandamızın kapitanı Oksana Parxomenkonun iştirakı ilə baş tutub.
Həmyerlimizin şərəfini qoruduğu “Fənərbaxça Acibadem” İstanbul derbisində “Beşiktaş”ın qonağı olub. Oyun gərgin mübarizəyə səhnə olsa da, meydan sahibləri 0:3 hesablı məğlubiyyətə üzülüblər. Parxomenko görüşü sonadək əsas heyətdə keçirib. Bel nahiyəsindən zədəsi olan Valeriya Korotenko isə görüşü azarkeş qismində izləyib.
Milli komandamızın digər üzvü Natalya Məmmədovanın əsas heyətdə yer aldığı “Türk Telekom” da inamlı qələbəyə sevinib. Ankaralılar doğma meydanda “Diclə Universiteti” klubunu 3:0 hesabı ilə üstələyiblər.
“Türk Telekom” bu qələbə sayəsində lider “Əczaçıbaşı Zentiva” klubu ilə xallarının sayını (27) bərabərləşdirib. Dördüncü pilləyə yüksələn “Fənərbaxça Acibadem”in hesabında 21 xal var.

0
0