Azərbaycan yığmasının voleybolçusu çılpaq şəkil çəkdirdi - FOTO
22.12.2008 - 14:50
Azərbaycan yığmasının voleybolçusu çılpaq şəkil çəkdirdi - FOTO
Fransada 2009-cu ilin yeni təqvimi işıq üzü görüb. Apasport.az saytının məlumatına görə, “Kann” klubunun buraxdığı təqvimdə voleybolçularının şəkilləri əks olunub. Təqvimin üz qabığında isə Azərbaycan yığmasının sabiq üzvü, klubun rəmzi sayılan Viktoriya Ravvanın çılpaq şəkli verilib.

Xatırladaq ki, Tiflisdə anadan Ravva 90-cı illərin əvvəlində Faiq Qarayev tərəfindən Bakıya dəvət edilib. O, bir müddət yığmamızın şərəfini qoruyub və 94-cü ildə keçirilən dünya çempionatına yollanan heyətdə yer alıb. Daha sonra Türkiyədə legioner həyatı yaşayan Ravva qeydiyyatını Fransaya dəyişib. “Kann”a transfer edilən cazibədar xanım qısa zaman kəsiyində öz inamlı oyunu ilə komandanın kapitanı səviyyəsinə yüksəlib. Hazırda Fransa vətəndaşı olan Ravva indi bu ölkənin milli komandasının şərəfini qoruyur.
0