Azərbaycan voleybolçusu: Terrorçular yanımızdan idmançıları girov götürdülər
24.12.2008 - 13:53
“Veteran voleybolçuları yaddan çıxarmadığına görə, federasiya rəhbərliyinə təşəkkür edirəm. Xüsusilə də indiki çətin dönəmdə bizə mənəvi və maddi dəstək göstərilməsi vacibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan və dünya voleybolunun əfsanəsi İnna Rıskal söyləyib.
Rusiya Voleybol Federasiyası tərəfindən mükafatlandırılan 64 yaşlı veteran keçdiyi yolu belə xatırlayıb: “Qatıldığım ardıcıl dörd olimpiadanın qəlbimdə xüsusi yeri var. Amma ən çox yadımda 1972-ci il Münhen olimpiadası qalıb. Onda terrorçular İsrail idmançılarını girov götürdülər. Hadisə bizim yaxınlığımızda baş vermişdi. Cinayətkarlar hara gəldi güllə atırdılar. Bizə otaqdan çıxmağı qadağan etmişdilər. Hətta olimpiadanın yarımçıq dayandırılması variantı da gündəmdə idi. Bununla belə, Yaponiya ilə həlledici oyuna çıxıb, qızıl medal qazandıq.
Qeyd edək ki, Rıskal ardıcıl dörd olimpiadada medal qazanan (iki qızıl və iki gümüş) voleybolçu kimi tarixə düşüb. Rusiyada yaşayan həmyerlimizin bu rekordu hələ də təzələnməyib.

0
0