Milli komandamızın üzvləri “Ulduzlar” komandasında
24.12.2008 - 17:36
Türkiyə Voleybol Federasiyası tərəfindən təşkil olunan səsvermə nəticəsində superliqada çıxış edənlərin “Ulduzlar” komandası müəyyənləşdirilib. Apasport.az saytının məlumatına görə, ən yaxşılar sırasında Azərbaycan yığmasının 3 üzvü də yer alıb.
Səsvermədə azarkeşlər, məşqçilər və mətbuat nümayəndələri iştirak ediblər. Nəticədə milli komandamızın üzvləri, Oksana Parxomenko, Valeriya Korotenko (Fənərbaxça Acibadem) və Natalya Məmmədova (Türk Telekom) “Ulduzlar” yığmasında yer alıblar. Bundan başqa, voleybolumuzun yetirməsi, Türkiyə vətəndaşı Nisə Quliyeva da ən yaxşı 16 idmançı sırasına daxil olub. Komandanın baş məşqçisi isə “Əczaçıbaşı Zentiva”nı çalışdıran italiyalı mütəxəssis Cüzeppe Kuççarini seçilib.

0
0