Beynəlxalq federasiya hakimlərimizə təyinat göndərib
17.01.2009 - 00:04
Avropa Həndbol Federasiyası (EHF) Azərbaycanın 3 hakiminə təyinat göndərib. Apasport.az saytının məlumatına görə, gələn ay beynəlxalq dərəcəli hakimlərimiz İsgəndər Əsgərov, Emil və Ernest Ağakişi qardaşları qitə miqyaslı turnirlərdə ədalət prinsiplərini qoruyacaqlar.
Əsgərov EHF kuboku uğrunda yarışın 1/8 final mərhələsinin ilk matçına təyinat alıb. O, fevralın 7-də Macarıstanın Şekezferhervar şəhərində yerli “Feherep Alkoa” və Rumıniyanın “Rulmentul-Urban” klublarının görüşündə hakim funksiyasını yerinə yetirəcək. Həmvətənimizə ukraynalı Sergey Şal yardım edəcək.
Elə həmin gün Emil və Ernest Ağakişi qardaşları da iş başında olacaqlar. Onlar Çelenc kuboku turnirinin 1/8 finalının ilk oyununda “İonias” (Yunanıstan) - “Züringer” (Almaniya) qarşılaşmasını idarə edəcəklər.

0
0