Azərbaycan voleybolçuları “Dördlər finalı”nda oynayacaqlar
22.01.2009 - 00:38
Avropa Voleybol Konfederasiyasının Kuboku uğrunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvləri Valeriya Korotenko ilə Oksana Porxomenkonun şərəfini qoruduqları “Fənərbaxça Acıbadem” (Türkiyə) Rusiyanın “Spartak” klubuna qalib gələrək, “Dördlər finalı”na yüksəlib - 3:0 (25:23, 25:13, 25:6).
Türkiyə təmsilçisi bir həftə əvvəl Omskda baş tutan görüşdə də qələbə (3:1) qazanmışdı.
Fevralda keçirilməsi planlaşdırılan “Dördlər finalı”nda türkiyəlilərin rəqibi “Asistel Novara” (İtaliya) “Rote Raben” (Almaniya) və “Uraloçka” (Rusiya) olacaq.

- Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
0
0