Korotenkonun komandası kuboku əldən verir
25.02.2009 - 11:26
Azərbaycan voleybolçuları Oksana Parxomenko və Valeriya Korotenkonun şərəfini qoruduqları “Fənərbaxça Acıbadem” klubu Türkiyə kubokunun finalında ilk görüşdə məğlub olub. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi öz meydanında “Əczaçıbaşı Zentiva”ya 1:3 hesabı ilə (20:25, 17:25, 25:22, 21:25) uduzub.
Həm Parxomenko, həm də Korotenko bu matçda forma geyiniblər. Onların oyunu Türkiyə mətbuatı tərəfindən orta - 2 ulduzla qiymətləndirilib. Lakin həmyerlilərimiz “Fənərbaxça Acıbadem”i güclü rəqib önündə məğlubiyyətdən xilas edə bilməyiblər.
Cavab oyunu martın 17-də və ya 18-də keçiriləcək. Həmin görüşdə “Fənərbaxça Acıbadem” qalib gələrsə, setlərin sayına baxılacaq. Setlər bərabər olacağı təqdirdə isə, xallara fikir veriləcək. Bütün bu göstəricilər üst-üstə düşərsə, 15 xallıq “qızıl set” oynanılacaq.

0
0