Kim çox qazanır: Korotenko, Neslihan, yoxsa Məmmədova?
03.03.2009 - 13:41
“Türkiyədə oynayan azərbaycanlı voleybolçulardan Natalya Məmmədovanın illik qazancı Valeriya Korotenko və Oksana Parxomenkodan fərqlənir. Bu da onların çıxış etdiyi mövqelərlə bağlıdır”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” futbol klubunun türkiyəli vitse-prezidenti Tunc Afşar deyib.
Ötən ildən ölkəmizdə çalışan Afşarın voleybol sahəsinə həm böyük marağı, həm də bağlılığı var. Belə ki, onun vətənində sahibi olduğu “Spor danışmalıq” şirkəti voleybolçuların transferləri ilə məşğuldur. Ancaq bu şirkətin Türkiyədə oynayan azərbaycanlı voleybolçularla əməkdaşlığı olmayıb: “İmkan olsa, bunu reallaşdırmaq istərdim. Ancaq bildiyimə görə, “Fənərbaxça Acibadem”ın formasını geyinən Valeriya ilə Oksananın meneceri italiyalı, “Türk Telekom”da oynayan Natalyanın meneceri isə serbiyalıdır. Məmmədova Azərbaycan yığmasındakı komanda yoldaşlarından xeyli çox qazanır. Əslində, “Fənər”in maddi vəziyyəti yüksək olsa da, Korotenko ilə Parxomenko başqa səbəbdən az qazanırlar. Belə ki, Valeriya libero, Oksana oyun qurucusu mövqeyində çıxış edir, Natalya isə hücumçudur. Voleybolda hücumçu ən yüksək ödənişli oyunçudur. Təsəvvür edin ki, oyun qurucusu mövqeyində çıxış edən ən güclü voleybolçunun illik qazancı 100 min avrodur”.
“Azərreyl” klubunda və milli komandamızda çıxış edən Polina Rəhimovanın oyununu bəyənən Afşar gələcəkdə onun da ölkədən kənarda çıxış etməsini arzulayır. O, məşhur türkiyəli voleybolçu Neslihan Darnellə də əməkdaşlıq edir: “Artıq dörd ildir işbirliyimiz mövcuddur. Neslihan iki il İspaniyada çıxış etsə də, maliyyə problemləri ucbatından geri qayıtdı. Hazırda “Vaqfbank”da oynayan Neslihan Türkiyədə ən çox qazanan voleybolçulardandır. Onun illik gəliri 500 min avrodur. Natalya isə Neslihanla müqayisədə təxminən iki dəfə az qazanır. Məmmədovanın illik gəliri 300 min avroya yaxındır. Ancaq bu, ən yüksək məbləğ deyil. Onun komanda yoldaşı olan İtaliya yığmasının üzvü Aqueronun ildə 430 min avro gəliri olur”.
Qeyd edək ki, ilk dəfə 2004-cü ildə Bakıda keçirilən Afina Yay Olimpiya Oyunlarına lisenziya xarakterli seçmə turnirdə yığmamızın formasını geyinən Natalya “Azərreyl”in heyətində Çempionlar Liqasında 3 dəfə ən məhsuldar oyunçu olub. Əslən Ukraynadan olan, milliləşdikdən sonra Skazka soyadını Məmmədovaya dəyişən 25 yaşlı hücumçuya 2007-ci ildə Avropanın ən yaxşı voleybolçusu üçün müəyyənləşdirilən xüsusi mükafat verilib.

0
0