Valeriya Korotenko “Qalatasaray”ı bağışlamadı
11.04.2009 - 13:12
Valeriya Korotenko “Qalatasaray”ı bağışlamadı
Türkiyə Voleybol Superliqasının pley-off mərhələsində yarımfinalın ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həmvətənlərimiz Valeriya Korotenko ilə Oksana Porxomenkonun şərəfini qoruduğu “Fənərbaxça Acıbadem” prinsipial rəqib “Qalatasaray”la üz-üzə gəlib.

Daha yaxşı oynayan voleybolçularımızın komandası rəqibə şans verməyib - 3:0 (25:18, 25:23, 25:21). Valeriya və Oksana matçı yüksək səviyyədə keçiriblər və yerli mətbuat onların oyununu ən yüksək balla - 3 ulduzla qiymətləndirib.

Yığmamızın digər üzvü Natalya Məmmədovanın formasını geyindiyi “Türk Telekom” da bu mərhələyə qələbə ilə başlayıb. Natalyanın klubu “Əczaçıbaşı”nı çətinliklə də olsa, məğlub edib - 3:2 (22:25, 25:22, 25:23, 23:25, 15:13). Oyun elə gərgin keçib ki, hətta “Əczaçıbaşı”nın baş məşqçisi Cüzeppe Çuççarini əsəblərini cilovlaya bilməyərək, hakimi söyüb. Nəticədə hakim ona qırmızı vərəqə göstərərək, texniki zonadan uzaqlaşdırıb.

Reqlamentə əsasən, Türkiyə Superliqasının yarımfinalında 2 qələbə qazanan komanda növbəti mərhələyə yüksəlir. Bu isə o deməkdir ki, finalda voleybolçularımızın klubları bir-biri ilə qarşılaşa bilər.
0