Avropa çempionatına gedə bilmədik
13.04.2009 - 10:19
Makedoniyada 19 yaşadək qızlardan ibarət həndbol yığmaları arasında keçirilən Avropa çempionatının seçmə mərhələ oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyib. Belə ki, yığmamız 2 xal toplayaraq, qrupda 3-cü yeri tutub.
İlk matçda meydan sahiblərinə 29:30 hesabı ilə uduzan həndbolçularımız növbəti qarşılaşmada İtaliya üzərində qələbə qazanıblar - 34:22. Lakin milli komandamız sonuncu matçda da məğlubiyyətə düçar olduğundan, qitə birinciliyinə yollanmaq üçün nəzəri şansını da itirib. Həmvətənlərimizin qarşısını Norveç təmsilçiləri kəsiblər (22:55). Qrupda yeganə vəsiqəyə də elə Norveç yığması sahib çıxıb.
Avropa çempionatı bu ilin avqustunda Macarıstanda keçiriləcək.

0
0