Natalya Məmmədovanın komandası finala çıxa bilmədi
18.04.2009 - 13:19
Natalya Məmmədovanın komandası finala çıxa bilmədi
Türkiyə voleybol çempionatının ikinci finalçısı da müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü Natalya Məmmədovanın şərəfini qoruduğu “Türk Telekom” klubu həlledici qarşılaşmaya vəsiqə qazana bilməyib. Ankara təmsilçisi “Eczaçıbaşı” komandasına uduzub.

Tərəflər arasında sonuncu matçda “Türk Telekom” 1:3 (22:25, 25:20, 23:25, 19:25) hesabı ilə məğlub olub. Bu oyunda Natalya komandanın ən yaxşılarından biri olub. Türkiyə mətbuatı onun çıxışını 6 balla qiymətləndirib.

Ümumi seriyada da 1:3 hesabı ilə geri qalan “Türk Telekom” finala yüksəlmək şansını da itirib. Bununla da, çempionatın həlledici oyununda azərbaycanlı voleybolçuların görüşünün baş tutmayacağını söyləmək olar. Çünki digər finalçı Valeriya Korotenko və Oksana Parxomenkonun formasını geyindikləri “Fənəxbaxça Acıbadem” klubudur.
0