Valeriya Korotenko: Qızıla nə qaldı!?
27.04.2009 - 10:55
Azərbaycan voleybolçuları Valeriya Korotenko və Oksana Parxomenkonun şərəfini qoruduğu “Fənərbaxça Acıbadem” klubu Türkiyə çempionu titulunu qazanmağa çox yaxındır. Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər”i qızıl medallardan bir qələbə ayırır.
“Əczaçıbaşı” ilə final mərhələsində qarşılaşan “Fənərbaxça Acıbadem” son matçda rəqibini çətinliklə də olsa, üstələyib - 3:1 (25:21, 23:25, 25:23, 25:17). Bu oyunda Valeriya və Oksana komandalarının ən yaxşılarından seçiliblər. Türkiyə mətbuatının “Əczaçıbaşı” ilə görüşdə ən yaxşı hesab etdiyi 3 voleybolçudan ikisi məhz həmyerlilərimiz olublar.
Beləliklə, “Fənərbaxça Acıbadem” ümumi seriyada 2:1 önə keçib. Reqlamentə əsasən, qələbələrin sayında 3-ə çatan klub çempion olacaq.

0
0