Oksana Parxomenko: Ayağımız “Fənərbaxça” üçün düşərli oldu
29.04.2009 - 17:16
“Əlbəttə ki, indi sevincim aşıb-daşır. Axı çox çalışdıq və mübarizə apardıq. Hamı gördü ki, bu qələbə bizə hansı əziyyətlə başa gəldi. Son 4 ildə “Fənərbaxça” çempion olmağa can atırdı və sonda məqsədimizə çatdıq. Bu münasibətlə həm özümü, həm qızları, həm də bütün klub rəhbərliyini təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın yığmasının voleybolçusu Oksana Parxomenko deyib.
Milli komandamızın digər üzvü Valeriya Korotenko ilə birgə “Fənərbaxça” klubunun heyətində Türkiyə çempionu olan Oksana ayaqlarının yüngül olması ilə razılaşır: “Belə demək olar ki, son 4 ildə qızıl medal üzünə həsrət qalan “Fənərbaxça”ya ayağımız düşərli oldu. Ancaq əlbəttə ki, bu, təkcə bizim xidmətimiz deyil. Biz komanda halında oynayırdıq, kollektiv halında güclü idik. Əgər bir boşluq yaransaydı, çempion titulunu qazanmaq çox çətin olardı. Çünki final seriyasında 3:1 hesabı ilə məğlub etdiyimiz “Əzcaçıbaşı” çox güclü kollektivdir və bütün mövsüm boyu sabit oynayırdı. Bizim isə həm yüksəlişimiz, həm də enişimiz olurdu. Ya çox yaxşı oynayırdıq, ya da çox bərbad. Bir yumruq kimi toparlanıb, qızıl medal qazanmaq üçün hər şey etməli olduq. Məşqçimiz bütün mövsüm boyu çempion ola biləcəyimiz deyirdi. Sadəcə, buna inanıb, son iki oyuna həyatının son iki görüşü kimi baxıb, axıra, hər topa qədər mübarizə aparmalı idik”.
Türkiyə çempionatının ən yaxşı ötürmə edən voleybolçusu hesab olunan 25 yaşlı Parxomenko mövsümün əvvəlində az meydana çıxmasına münasibət bildirib: “Həmin vaxt bir az problemlərim vardı. Zədə üzündən məndə çox şey alınmırdı. Bir neçə dəfə dalbadal eyni ayağım burxuldu. Ümumilikdə, həmin vaxt durumum heç də yaxşı deyildi. Ancaq öz üzərimdə çalışırdım. Bilirdim ki, bütün gücümlə oynamıram, bundan qat-qat yaxşı çıxış edə bilərəm. Təbii ki, komandada mənimlə ayrılıqda çalışan məşqçilər, qızlar kömək edirdi. Anamın da mənə az köməyi dəymədi. O, bura gəldi və mənəvi dəstək verdi. Fikrimcə, məni çempionatın ən yaxşı ötürmə verəni seçilməyim təkcə mənim yox, həm də son vaxtlarda məni əhatə edənlərin hamısının zəhmətidir”.
Türkiyədə oynamaqla ilk növbədə təcrübə topladığını deyən Oksana vətənində zəif çempionatın olduğunu gizlətmir: “Türkiyəyə gedənə qədər biz yalnız Azərbaycanda çıxış edirdik. Burada isə güclü çempionat yoxdur. Bildiyimə görə, indi Azərbaycan çempionatında öz aralarında mübarizə apara bilən 4 komanda var. Burada isə 12 müxtəlif komanda oynayır ki, onlar bir-biri ilə iki dəfə görüşür. Oyunlar hər həftə keçirilir. Hər həftə yeni taktika, yeni oyuna köklənmə olur. Əlbəttə, ilk vaxtlar buna öyrəşməmişdik. Çünki Bakıda həmişə məşq edirdik, bir oyun keçirib, sonra yenidən hazırlaşırdıq. Türkiyədə isə xüsusilə pley-off oyunları başlayanda məşqlərə vaxt praktiki qalmırdı”.
Gələcək planları haqda da danışan Parxomenko “Fənərbaxça”da qalıb-qalmayacağını bilmir: “Açığı, hələ bu haqda düşünməmişəm. İndi bütün fikirlərim evə qayıdıb, dünya çempionatının seçmə mərhələ oyunlarına hazırlaşmaqdır. Əlbəttə, yenidən dünya çempionatının final mərhələsinə düşməyi çox istərdim. Buna görə də “Fənərbaxça”da gələcək perspektivim haqda sonra düşünəcəyəm. Sözsüz ki, Çempionlar Liqasında oynamaq nüfuzludur. Ancaq hələ bu haqda fikirləşməmişəm. İndi mənim üçün əsas Azərbaycan yığmasıdır”.
Mənbə: extratime.az

0
0