Valeriya Korotenko: Bu il evlənəcəyəm
07.05.2009 - 12:30
Azərbaycan milli komandasının voleybolçusu Valeriya Korotenkonun lent.az-a müsahibəsi
- Millimizdəki komanda yoldaşınız Oksana Parxomenko ilə birgə “Fənərbağça” klubunun heyətində Türkiyə çempionu olmağınız münasibətilə sizi təbrik edirik. Hansı hissləri keçirirsiniz?
- Əlbəttə, təəssüratlarım böyükdür. Çünki çempionluq hər gün qazanılmır. Sonuncu oyunumuzun diskinə baxanda xoş emosiyalarla yaşamamaq mümkün deyil. Təbii ki, təkcə Türkiyə çempionluğu ilə kifayətlənmək istəməzdim. Hazırda məqsədim milli komanda ilə də uğur qazanmaqdır ki, əvvəlki sevinc və həyəcan hisslərini yenidən yaşayım.
- Yığmada konkret, hansı uğurlara köklənmisiniz?
- Fikrimcə, bu il uğurların sayı daha çox olacaq. Çünki ötən il məlum səbəblərdən millidə çıxış etməyən voleybolçular artıq komandada birgə hazırlıq keçir, lazımi formanı yığırlar. Məncə, bu dəfə daha asan olacaq və yaxşı nəticələr əldə edəcəyik. Bu il ötən ilkinə nisbətən daha yaxşı çıxış edəcək və azarkeşləri daha çox sevindirəcəyik.
- Qarşıda ilk ciddi sınağınız dünya çempionatının II təsnifat turnirinin Qubada keçiriləcək qrup matçları olacaq. Ukrayna, Belarus və İsraillə görüşlərdə məqsədiniz nədən ibarətdir?
- Təbii ki, məqsədimiz qrup lideri kimi III təsnifat turnirinə yüksəlməkdir. I yeri tutsaq, növbəti mərhələdə münasib rəqiblərlə bir qrupa düşəcəyik ki, bu da gələn il Yaponiyada keçiriləcək final mərhələsinə vəsiqə şanslarımızı yüksəldəcək.
- Türkiyə çempionatının səviyyəsini necə xarakterizə edərdiniz?
- Türkiyə çempionatı səviyyəcə xeyli yüksəlib, dünya reytinqinə ikinci pillədədir. Klublarında tanınmış oyunçular, ulduzlar çıxış edirlər. Buna görə də arxayınlaşmaq olmaz. Daim gərginlikdə olurduq. Üstəlik, çox sıx oyun qrafikimiz vardı. Hər həftə 3 görüş keçirirdik. Bir mövsüm ərzində Avropa Voleybol Konfederasiyasının (CEV) kubokunda, Türkiyə kubokunda və Türkiyə çempionatında üst-üstə 250 oyun keçirdik. Bu da çox böyük göstəricidir. Məşqlər gərgin keçir, istirahət etmək, diqqəti oyunlardan ayırmaq mümkün deyil. Daim düşünür, daim yeniliklər axtarışında olursan.
- Klubda sizə münasibət necə idi?
- Çox yaxşı. “Fənərbaxça” böyük klublardan biridir. Bu klub özündə voleybolla yanaşı, digər idman növlərini də cəmləşdirən böyük “imperiyadır”. Orada oyunçular, istənilən qələbə klub rəhbərliyi və azarkeşlər tərəfindən daim diqqət altında olurlar. Hansı şəhərdə oynasaq, güclü və ya zəif çıxış etməyimizdən asılı olmayaraq, həmişə bizi dəstəkləyirlər. Azarkeşlərimizə komandanı heç vaxt atmadıqları üçün minnətdaram. Klub rəhbərliyinə gəldikdə, çempionluq münasibətilə bizi qəbul etdilər, təşəkkür etdilər və təbriklərini çatdırdılar. Üstəlik, təntənəli mərasimlər, televiziya çəkilişləri, daimi maraq... Necə deyərlər, çempion olmaq yaxşıdır, amma sonradan bu cür də “yüklənmələr” də meydana çıxır.
- “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımla da görüşünüz oldu?
- Təbii. Onunla mövsüm ərzində 3-4 dəfə görüşmüşük. Bir neçə dəfə birgə şam etmişik, öz kabinetində bizi qəbul edib. Daim komandamızı dəstəkləyirdi. Çempionluqdan sonra da onunla 3 dəfə görüşmüşük.
- Gələcək karyerana aydınlıq gəlibmi?
- Artıq “Fənərbaxça” ilə müqaviləm başa çatıb. Bir çox klubdan təklif almışam. Amma hələlik bu barədə düşünə bilmərəm. İndi diqqətimi milli komandaya yönəltmişəm. Yığmadakı oyunlarımız yekunlaşdıqdan sonra gələcəkdə nə etməli olduğuma dair qərar verəcəyəm.
- “Fənərbaxça”nın heyətində qalsanız, daha hansı zirvələri fəth etmək niyyətindəsiniz?
- Klubumuz gələn mövsüm Çempionlar Liqasında çıxış edəcək. Əlbəttə, qitənin ən nüfuzlu turnirinin qalibi olmaq istərdim. Bu, hər bir oyunçunun arzusudur. “Azərreyl”də çıxış etdiyim vaxt buna bir dəfə çox yaxın olsaq da, son anda 4-cü yerlə kifayətlənməli olduq. Fikrimcə, “Fənərbaxça” bir çox nailiyyətə imza atmaq iqtidarındadır. Çünki komandada çox güclü oyunçular cəmləşib.
(Bu vaxt telefonuna zəng gəlir. “Bəli, canım” deyə cavab verir. Fürsətdən istifadə edərək, şəxsi həyatı barədə suallara keçirik)
- Klubunuzun jurnalına verdiyiniz müsahibədə artıq nişanlı olduğunuzu açıqlamısınız. Bu haqda ətraflı danışa bilərsinizmi?
- Nişanlım Nicat Məmmədov Bakıda yaşayır, azərbaycanlıdır. Hələ toyumuz olmayıb, amma tezliklə reallaşacaq.
- Toyunuzun tarixi dəqiqləşib?
- Hələ yox, amma hər şey öz axarı ilə gedir. Güman edirəm ki, bu il ailə quracağıq. Bu təkcə məndən və ondan yox, həm də oyunçu karyeramdan asılı olacaq. Hələlik biz karyera haqda düşünürük.
- Deyəsən, gələcək həyat yoldaşınız biznesmendir?
- O, Bakıda işləyir. Hələlik biznesmen deyil. Amma buna çalışacaq.
- Nişanlınızla harada tanış olmusunuz?
- Bakıda. Onunla artıq iki ildir ki, görüşürük.
- Türkiyədə keçirdiyiniz oyunları izləməyə gəlirdi?
- Əlbəttə.
- Gələcəkdə də voleybol oynamağınıza icazə verəcək?
- Təbii! Bununla bağlı problemimiz yoxdur. Bu, mənim karyeram, sevimli işimdir.
- Yenə xaricdə çıxış etsəniz, o, Sizinlə ola biləcəkmi?
- Onu zaman göstərər. Hələlik bir şey söyləyə bilmərəm.

0
0