Yarıçılpaq soyunan basketbolçunu komandadan qovdular - FOTO
26.08.2009 - 17:22
ABŞ basketbolçusu Brittani Cekson gözlənilməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı xanım idmançı bir neçə gün öncə transfer olduğu Türkiyənin “Kağıtspor” klubundan qovulub. Buna Ceksonun model işləməsi və bir sıra nüfuzlu jurnallara yarıçılpaq poza verməsi səbəb olduğu bildirilir. Basketbolçunun bu hərəkətləri rəhbərliyi razı salmayıb və nəticədə legioner oyunçu komandadan kənarlaşdırılıb.
“Kağıtspor” rəsmiləri Ceksonla yanaşı, daha 3 əcnəbi basketbolçu - Marita Payne, Noteyşa Vomak və Kristi Kironla da müqavilələri ləğv ediblər. Çünki sözügedən klub Türkiyə birinci liqasında iştirakdan imtina edib və bundan sonra həvəskar səviyyədə fəaliyyət göstərmək qərarına gəlib. Müqaviləsi ləğv olunan basketbolçulara ümumilikdə 100 min dollar təzminat ödəniləcək.

0
0