Daha bir idmançı dünyasını dəyişdi
08.09.2009 - 17:09
Daha bir idmançı dünyasını dəyişdi
Daha bir idmançı dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı çinli basketbolçu U Tsyan məşqdən bir neçə saat sonra vəfat edib. Buna ürək dayanması səbəb olub. Əvvəllər də ürəyində problemi olan basketbolçu 2,10 metr boya malik idi. Çin çempionatının ikinci divizionunda mübarizə aparan “Şenyan Duntszin” klubunda çıxış edən Tsyan sonuncu görüşünü ötən cümə keçirib və 12 xal yığıb. Məşqdən sonra özünü pis hiss edən çinli idmançı ertəsi səhər saatlarında şəhər xəstəxanasına aparılsa da, dünyasını dəyişib.
0