Ölkə çempionu qumbaraatan satırmış
09.09.2009 - 15:22
Ölkə çempionu qumbaraatan satırmış
Yunanıstan polisi neçə vaxtdır axtarışda olan rus əsilli Mixail Miskunovu həbs edib. Apasport.az saytının məlumatına görə, vaxtilə çıxış etdiyi “Aris” klubunun heyətində 4 dəfə çempionluq və 4 dəfə kubok sevinci yaşayan, həmçinin Kuboklar Kubokunun qalibi olan sabiq basketbolçu silah alverində ittiham olunur.

Karyerası boyu həm də “İraklis” və İtaliya “Syena”sında oynamış 44 yaşlı veteran idmançı tutularkən onda Yuqoslaviya istehsalı olan iki qumbaraatan, bahalı qol saatları və 2007-ci ilin oktyabrında qaçırılan “Jeep” avtomobil aşkarlanıb.
0